Hərraca çıxarılan qısamüddətli dövlət istiqrazlarının 75%-i satılıb | Banco.az

Hərraca çıxarılan qısamüddətli dövlət istiqrazlarının 75%-i satılıb

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104008542 ISIN kodlu, 364 gün tədavül müddətli, 50 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-yə istinadən xəbər verilir ki, hərraca 10 investor 22 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 45 913 200 manat olub.

Sifarişlər 84,1072 AZN (18,9999%) – 86,9876 manat (15,0413%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84,7 manat (18,1632%), orta ölçülmüş qiyməti 85,4926 manat (17,0626%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 37 599 700 manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 24 aprel 2018-ci ildir.

Mənbə: Report.az