Müəllif: Gülnar Əhmədli, Banco.az
Hərbi xidmətə çağırılan vətəndaşların maliyyə öhdəlikləri, xüsusilə bank kreditləri ilə bağlı məsələlər tez-tez müzakirə olunur. Bir çoxlarını maraqlandıran əsas suallardan biri xidmət dövründə kredit borclarının taleyinin necə olacağıdır.
Bu müddətdə borcların dondurulub-dondurulmaması, faizlərin hesablanması və ödənişlərin təxirə salınıb-salınmaması hüquqi və praktiki baxımdan mühüm əhəmiyyət daşıyır. Mövzu həm hərbi xidmətə gedən şəxslər, həm də onların ailə üzvləri üçün aktualdır. Eyni zamanda, bankların bu kimi hallara yanaşması və tətbiq olunan qaydalar da diqqət mərkəzindədir.
Ekspert Əkrəm Həsənov Banco.az-a bildirib ki, bu tamamilə bankın istəyindən asılı olan bir haldır. Dondura da bilər, dondurmaya da bilər. Bank həmçinin, məhkəmə qaydasında kreditin qaytarılmasını tələb də edə bilər.
Mövzu ilə bağlı bir neçə bankla da əlaqə saxladıq. Lakin banklar hazırda belə güzəştin nəzərdə tutulmadığını bildirdilər. Yəni, vətəndaşın borcu qrafik üzrə ödənilməlidir. Borc ödənmədiyi halda isə bank vətəndaşı məhkəməyə verə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
