Hava limanında dollar satışı dayandırıldı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Hava limanında dollar satışı dayandırıldı

“Bank Silk Vey” dollar satışını tamamilə dayandırıb. 

Banco.az xəbər verir ki, bankdan Fins.az-a verilən məlumata görə, sentyabr ayının 1-nə kimi adi müştərilərə dollar satışı olmasa da, hava limanında xaricə səfər edənlər üçün dollar satışı həyata keçirilirdi.

Uçuş bileti olanlara limitlə 300 dollar satılırdı. O cümlədən, eyni məbləğdə bankdan avro da almaq mümkün idi. Sentyabr ayının 2-dən etibarən isə xaricə getmək istəyənlər üçün də satış dayandırılıb. Amma bankdan bunun səbəbi açıqlanmır.

Qeyd edək ki, bankın sentyabr ayının 2-nə dollar üzrə alış qiyməti 1,6360 manat, satış üzrə qiyməti isə 1,7016 manatdır. Avronun alış məzənnəsi 1,8320 manat, satışı isə 1,9060 manat təşkil edir.