Günün menecment məsləhəti: Daha çox kitab oxumağın sadə yolları | Banco.az

Günün menecment məsləhəti: Daha çox kitab oxumağın sadə yolları

Kitablar bizə yeni bilik verir və dünya görüşümüzü genişləndirməyə kömək edir. Bəs, onsuz da məşğul gündəlik qrafikinizdə kitab oxumağa necə yer ayıra bilərsiniz.

Ictimaiyyət qarşısında söz verməklə başlayın, araşdırmalar göstərir ki, insanlar başqalarına nəsə etmək ilə bağlı fikirlərini bildirəndə, sonra həmin işi yerinə yetirmə ehtimalı yüksəlir, onlar bir növ öz vədlərinə sadiq qalmağa çalışır. Goodreads və ya Reco-da özünüzə hesab aça bilər. hər dəfə hansısa kitabı bitirəndə profilinizdə onu qeyd edə bilərsiniz. Əgər kitabdan heç nə anlamır və ya əldə etmirsinizsə, özünüzü onu oxumağa məcbur etməyin. Ən vacib amil daima kitabı yanınızda saxlamaqdır. Bu sizə məsələn bankda hansısa növbədə dayananda, Facebook-u nəzərdən keçirmək əvəzinə, kitab oxumaq imkanı verəcək. Hər dəfə bir neçə səhifə - sonda bir kitabı bitirmiş olursunuz. 

Mənbə: 8 Ways to Read (a Lot) More Books This Year