Müəllif: Tamara Mustafayeva, Banco.az
“Ferrari” gəlir baxımından proqnozları üstələyir.
Banco.az xəbər verir ki, şirkət yaydığı açıqlamada bildirib ki, xalis gəlir ötən ilin son üç ayında 1,8 milyard avroya (2,14 milyard dollar) yüksəlib. Bununla da göstərici “Bloomberg” analitiklərinin 1,77 milyard avro səviyyəsindəki proqnozunu üstələyib. İllik xalis gəlir isə 7 faiz artaraq 7,1 milyard avroya çatıb.
“Ferrari” 2026-cı il üçün yeni proqnoz açıqlayaraq investorları əmin edib ki, lüks avtomobil istehsalçısı genişmiqyaslı məhsul yenilənməsi mərhələsində də artım tempini və mənfəət marjlarını qoruyub saxlaya biləcək.
“Ferrari”nin cari il üzrə gözləntilərinin analitik proqnozlarını aşması şirkətin səhmlərinin təxminən 10 faiz bahalaşmasına səbəb olub.
Avtomobil istehsalçısı dördüncü rübdə 381 milyon avro xalis mənfəət əldə edərək illik ümumi xalis gəlirini 5 faiz artımla 1,6 milyard avroya yüksəldib. Dördüncü rüb üzrə səhm başına qazanc 2,14 avro səviyyəsində dəyişməz qalıb, illik göstərici isə 6 faiz artaraq 8,96 avroya çatıb. Rüblük tədarük həcmi 173 ədəd azalaraq 3 min 152 avtomobilə enib, illik ümumi çatdırılma isə əvvəlki illə müqayisədə 112 ədəd azalaraq 13 min 640 avtomobil təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
