Azərbaycanda icbari sığorta müqavilələrinin sayı 1,5 milyona yaxınlaşıb | Banco.az

Azərbaycanda icbari sığorta müqavilələrinin sayı 1,5 milyona yaxınlaşıb

Son illər Azərbaycanda icbari sığorta müqavilələrinin sayı əhəmiyyətli dərəcədə artaraq 1,1-1,2 milyondan 1,4-1,5 milyona çatıb.

Bunu İcbari Sığorta Bürosunun icraçı direktorunun müavini Seymur Mirzəyev bildirib.

"İcbari sığorta növləri arasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ən geniş yayılanıdır və icbari sığorta bazarının demək olar ki, əsasını təşkil edir. Əvvəlki illərə baxdıqda icbari sığortaya müraciət edənlərin sayı kifayət qədər artıb. Vaxtilə bu növ sığortaya müraciət etməyənlər belə artıq müraciət edirlər", - deyə o qeyd edib.