Müəllif: Tamara Mustafayeva, Banco.az
Gümüşün bir unsiyasının qiyməti 2013-cü ildən bəri ilk dəfə 30 dolları keçərək rekord vurub.
Banco.az xəbər verir ki, birjalarda qızıldan daha güclü və sürətli bahalaşan gümüş 2,4 faiz dəyər qazanmaqla bir ünsiyası 30 min 437 dolları ötüb.
Bununla da qiymətlər 11 ildən çox müddətin ən yüksək səviyyəsinə çatıb.
Məlumat üçün qeyd edək ki, gümüş bu il 28 faiz bahalaşaraq qızılı ötüb və ilin ən yaxşı nəticə göstərən əsas əmtəələrindən birinə çevrilib.
Bizi sosial şəbəkələrdən izləyin!!