Müəllif: Tamara Mustafayeva, Banco.az
"Google" Avropada 12 milyard dollarlıq iddia ilə üzləşib.
Banco.az xəbər verir ki, Avropa Komissiyasının 2017-ci ildə Google-a rəqabət qaydalarını pozduğu üçün verdiyi 2,4 milyard avroluq cəzanın təsirləri davam edir. Bloomberg News-un məlumatına görə, Google hazırda Avropanın yeddi ölkəsində onlarla qiymət müqayisə saytının açdığı mülki kompensasiya iddiaları ilə qarşı-qarşıyadır. Bu iddialarda şirkətlər Google-ın müştəriləri ələ keçirdiyini iddia edir və ümumi kompensasiya tələblərinin məbləği 12 milyard dolları keçib.
Bu məhkəmə işləri Avropa Komissiyasının Google-un axtarış brauzerindəki üstün mövqeyindən sui-istifadə edərək öz alış-veriş xidmətini ön plana çıxardığına dair qərarına əsaslanır. Məhkəmələrdən biri keçən il Google-un rəqabət qanunlarını pozduğunu təsdiqləyib və bu qərar digər şirkətlərə Google-a qarşı mülki iddialar qaldırmağa hüquqi zəmin yaradıb.
Google isə bu iddiaları rədd edir və mülki məhkəmə işlərinin əsassız olduğunu bildirir. Şirkət kompensasiya məbləğləri və iddialarla bağlı detalları açıqlamasa da, bu proseslərin Avropadakı fəaliyyətlərinə ciddi təsir göstərə biləcəyi ehtimal olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!