Bu gün Azərbaycanın 3 əsas mobil operatoru olan Azercell, Bakcell və Nar Mobile operatorlarının gənclər üçün təklif etdiyi tarifləri araşdırdıq.
Bu operatorların hər birinin gənclər üçün xüsusi tarifləri mövcuddur. Belə ki, bu tariflər Azercell - GəncSim, Bakcell - CINeration, Nar Mobile - CavanNar tarifləridir.
Bəs hansı mobil operatorun tarifləri daha sərfəlidir?
Daha sərfəli mobil operatoru müəyyən etmək üçün hər birinin tariflərini nəzərinizə çatdırırıq:
Azercell - GəncSim
|
Xidmətlər |
Qiymət (qəpik) |
|
Şəbəkədaxili zənglər |
3-cü dəqiqədən sonra pulsuz |
| Digər mobil operatorlara (1 dəq.) |
9 |
|
1 SMS |
3 |
|
1 MMS |
8 |
|
1 MB |
20 |
GencSim tarifinə qoşulmaq üçün haqq 1 AZN-dir.
Bakcell - CINeration
| Xidmətlər | Qiymət (qəpik) |
| CINeration abunəçiləri arasında 1 dəqiqə | 2 |
| SMS və MMS CINeration abunəçiləri arasında | 2 |
| Şəbəkədaxili 1 dəqiqə | 7 |
| Şəbəkəxarici 1 dəqiqə | 7 |
| SMS ölkədaxili | 5 |
| SMS xarici ölkələrə | 10 |
| MMS ölkədaxili | 3 |
| İnternet trafik 1 MB üçün | 29 |
CIN tariflərindən keçid haqqı – 1 AZN-dir
Nar Mobile - CavanNar
| Xidmətlər | Qiymət (qəpik) |
|---|---|
| Tarifdaxili zəngin dəqiqəsi | 2 |
| Şəbəkədaxili zəngin dəqiqəsi | 5 |
| Şəbəkəxarici zəngin dəqiqəsi | 5 |
| Video zəngin dəqiqəsi | 5 |
| Ölkədaxili SMS | 6 |
| Ölkədaxili MMS | 3 |
| İnternet (1 MB) | 29 |
"CavanNar" tarifinə qoşulanlar hər ay 300 dəqiqə danışıq vaxtı (Tarifdaxili), 300 MB internet və 300 SMS-dən ibarət bonus paketi əldə edir. Tarifdən istifadənin aylıq abunə haqqı 99 qəpikdir.
Sonda seçimi sizə buraxırıq. Hansı mobil operatorun daha sərfəli olduğuna siz qərar verin :)
