Müəllif: Gülnar Əhmədli, Banco.az
Bakı Fond Birjasında (BFB) sentyabrın 21-i Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Banco.az Birjaya istinadən xəbər verir ki, istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı kimidir:
Qiymətli kağızın ISIN kodu: AZ2076008682
Emissiya həcmi: 50,000,000 manat
Nominal qiyməti: 1,000 manat
Hərrac qiyməti: 1,000 manat
İstiqrazların tədavül müddəti: 9000 gün
Faiz dərəcəsi: 3%
Faiz gəlirinin ödəniş müddəti: 180 gündən bir (6 aydan bir)
Anderrayter: "Unicapital İ.Ş" ASC
Məlumata görə, təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
