İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara "Xruşovka" tipli binalardan deyil, digər yaşayış sahələrindən mənzil seçməyi tövsiyyə edir.
Bunu Fondun baş meneceri Rasim Abdullayev bildirib.
"İpoteka kreditləri 1970-ci ildən sonra tikilmiş binalardakı mənzillərə verilir. Kredit verilməzdən əvvəl mənzil qiymətləndirilir. Bu proses "Qiymətləndirmə haqqında" qanuna uyğun olaraq, Dövlət İmtahan Mərkəzindən qiymətləndiricilərə verilmiş şəhadətnamələr əsasında həyata keçirilir və daşınmaz əmlakın yerləşdiyi binanın sökülmə ərazisi olub-olmaması barədə qeydlər aparılır. Qiymətləndiricilər bunu mütləq bildirməlidirlər. Yekun olaraq həmin əmlak bankın kredit komitəsində nəzərdən keçirilir, sökülmə ehtimalı nəzərə alınır. Banklar sökülmə ehtimalı olan binalardakı mənzillərdən imtina edirlər. Çünki, bu, 25 illik kreditdir. Sabah onların sökülmə ehtimalı olsa, vətəndaşlara digər yaşayış sahəsinin tapılması tövsiyyə edilir", - deyə o qeyd edib.
report