Müəllif: Tamara Mustafayeva, Banco.az
"Fitch" qlobal təklif profisitinin kölgəsində Venesuela-İran neftini təhlil edib.
Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” tərəfindən yayımlanan açıqlamada bildirilib ki, neft qiymətlərində dəyişkənliyin artmasına baxmayaraq, qlobal bazarda mövcud olan təklif artıqlığı səbəbilə geosiyasi risk mükafatının məhdud qalacağı proqnozlaşdırılır. Qeyd olunub ki, bu vəziyyət İran və Venesueladakı istehsal qeyri-müəyyənliklərini tarazlaşdıra bilər.
Açıqlamada vurğulanıb ki, İranda baş verə biləcək mümkün təklif kəsintiləri qlobal bazarda mövcud olan təklif artıqlığı hesabına kompensasiya oluna bilər.
Venesuelada potensial təklif artımının qısa müddətdə məhdud qalmasının ehtimal edildiyi, uzunmüddətli perspektivdə isə əhəmiyyətli istehsal artımına nail olmağın olduqca çətin olduğu qeyd edilib. Eyni zamanda, “OPEC” (Neft İxrac Edən Ölkələr Təşkilatı) tərəfindən həcm və dəyər arasında ediləcək strateji seçimin neft bazarının istiqamətinin müəyyənləşdirilməsində həlledici rol oynayacağı bildirilib.
“Fitch” aşağıdakı qiymətləndirməni təqdim edib:
“Qlobal neft bazarının 2026-cı ildə də təklif artıqlığı verməyə davam edəcəyi gözlənilir. ‘Fitch’ 2025-ci ildə gündəlik neft təklifinin 3 milyon barel artdığını, 2026-cı ildə isə bu artımın əlavə olaraq 2,5 milyon barel olacağını proqnozlaşdırır. Buna qarşılıq, hər iki ildə tələbat artımının cəmi təxminən 0,8 milyon barel səviyyəsində qalacağı gözlənilir.”
Bizi sosial şəbəkələrdən izləyin!!
