Müəllif:Gülnar Əhmədli,Banco.az
Maliyyə sektorunda baş verən köklü dəyişikliklərin əsas aparıcı qüvvələrindən biri şübhəsiz ki, fintex şirkətləridir.
Banco.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda FINTEX SAMMIT 2025 tədbirində çıxışında deyib.
O bildirib ki, fintexlər sadəcə texnologiya tətbiq edən yeni startaplar deyil, həmçinin, ənənəvi maliyyə modellərini sarsıdan və yenidən formalaşdıran dəyişiklik mexanizmləridir:
"Xarici ekspertlərin araşdırmalarına əsasən, qlobal fintex bazarının həcmi 2030-cu ildə 698.48 milyard ABŞ dollarına çatacaq. Bu, təsadüfi rəqəm deyil – bu, yeni dövrün reallığıdır. Bu proqnoz bizə onu göstərir ki, fintex sektoru artıq sadəcə maliyyə xidmətlərinin rəqəmsallaşması deyil, iqtisadi artımın aparıcı mühərrikinə çevrilməkdədir".