"Vergilərin 93 faizi könüllü ödənilir" | Banco.az

"Vergilərin 93 faizi könüllü ödənilir"

Hazırda vergilərin 93%-i könüllü ödənilir.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.

    O bildirib ki, 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə artmış, hazırda vergilərin 93%-i könüllü ödənilir: “Qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı təxminən iki dəfə artaraq ümumi müqavilələrin 56,5%-inə çatıb. Bu, həm də vətəndaşların sosial sığorta və pensiya təminatının genişlənməsi deməkdir”.