Fevralda Azərbaycanda "ChatGPT"nin bazar payı cüzi azalıb | Banco.az

Fevralda Azərbaycanda "ChatGPT"nin bazar payı cüzi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ay ChatGPT 83,09% payla Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqi olub. Buna baxmayaraq, "chatbot"un bazar payı 1 ay əvvəllə müqayisədə 1,53 faiz bəndi azalıb.

Banco.az "statcounter"ə istinadən xəbər verir ki, yanvar ayında ChatGPT-nin payı 84,62% təşkil edirdi.

Məlumata görə, ötən ay ölkədə ən çox istifadə edilən süni intellekt tətbiqləri bunlar olub: Google Gemini (11,62%), Perplexity (2,79%), Claude (0,87%) Microsoft Copilot (1,63%). 

Qeyd edək ki, fevralda qlobal miqyasda da ən çox istifadə edilən süni intellekt tətbiqi ChatGPT (79,98%) olub. Onun ən yaxın rəqibi Perplexity-nin payı isə 7,88% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram