FED sədri uçot dərəcəsi ilə bağlı açıqlama verib | Banco.az

FED sədri uçot dərəcəsi ilə bağlı açıqlama verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED sədri Cerom Pauell uçot dərəcəsi ilə bağlı açıqlama verib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell Nobel mükafatı laureatı keçmiş FED sədri Ben Bernanke ilə birlikdə Tomas Laubach Araşdırma Konfransında keçirilən paneldə iştirak edib.

Pauell buradakı çıxışında qiymət sabitliyinin güclü iqtisadiyyatın əsası olduğunu vurğulayaraq bunun təmin edilmədiyi iqtisadiyyatın heç kimə fayda verməyəcəyini bildirib.

Yüksək inflyasiyanın alıcılıq qabiliyyətini azaltdığı üçün ciddi çətinliklərə səbəb olduğunu təkrarlayan Pauell buna görə də Federal Açıq Bazar Komitəsinin (FOMC) inflyasiyanı 2 faizlik hədəfə çatdırmaqda qərarlı olduğunu qeyd edib.

Sədr əlavə edib ki, mərkəzi bankın növbəti faiz qərarları göstəricilərə və dəyişən perspektivlərə əsasən qəbul ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram