Müəllif: Tamara Mustafayeva, Banco.az
İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) yanvar ayı faiz qərarını səbirsizliklə gözləyirlər.
Banco.az xəbər verir ki, FED-in açıqlayacağı ilin ilk faiz dərəcəsindən əvvəl investorlar təhlükəsiz liman hesab edilən investisiya vasitələrinə yönəlməklə riskləri azaltmağa başlayıblar.
Bəs FED-in yanvar ayı üzrə faiz qərarı nə vaxt açıqlanacaq?
ABŞ Federal Ehtiyat Sisteminin (FED) yanvar ayı üzrə faiz qərarı iclasının təqvimi açıqlanıb.
Təqvimə görə, 31 yanvar 2024-cü ildə FED-in faiz qərarı ilə bağlı iclas keçiriləcək və həlledici faiz qərarı axşam saat 23:00-da açıqlanacaq.
Qeyd edək ki, iqtisadçıların FED-in sözügedən iclasla faiz dərəcəsini sabit saxlayacağını proqnozlaşdırırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!