Fast - food nəhəngi yüzlərlə restoranını bağladı | Banco.az

Fast - food nəhəngi yüzlərlə restoranını bağladı

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın aparıcı fast- food şəbəkələrindən biri olan "KFC" ABŞ-də yüzlərlə restoranını bağlayıb. 

Banco.az xəbər verir ki, yerli axtarış platforması Local Falcon tərəfindən aparılan təhlilə əsasən, "KFC" 2025-ci ilin iyulundan 2026-cı ilin iyuluna qədər ABŞ-da 300-dən çox restoranını bağlayıb.

Şirkət bunu kiçilmə deyil, qlobal inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirir.

Şirkət bildirir ki, ABŞ bazarında zəif nəticə göstərən restoranlar bağlanarkən, beynəlxalq bazarlarda genişlənmə davam edir. Belə ki, 2025-ci ildə ABŞ-dan kənarda 2 971 yeni KFC restoranı fəaliyyətə başlayıb, 2026-cı ilin ilk rübündə isə bu rəqəmə daha 643 filial əlavə olunub.

KFC xüsusilə Çin, Hindistan, Avropa, Latın Amerikası və Yaxın Şərq bazarlarında böyüməsini sürətləndirir. Şirkətin baş direktoru Skott Mezvinski bildirib ki, hazırda təxminən 34 min restorandan ibarət olan şəbəkənin uzunmüddətli perspektivdə 75 min restorana çatmaq potensialı var.

Ekspertlərin fikrincə, ABŞ-da filialların bağlanması şirkətin bazardan geri çəkilməsi deyil, resursların daha gəlirli və perspektivli bazarlara yönəldilməsi strategiyasının bir hissəsidir.