Ən çox istifadə edilən süni intellekt tətbiqləri | Banco.az

Ən çox istifadə edilən süni intellekt tətbiqləri

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ay "ChatGPT" 82,65% payla qlobal miqyasda ən çox istifadə edilən süni intellekt tətbiqi olub.

Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir ki, iyun ayında "Chat GPT"nin payı 79,86% təşkil edib. 

Məlumata görə, ötən ay ən çox istifadə edilən süni intellekt tətbiqləri bunlar olub: Perplexity (8,03%), Microsoft Copilot (4,59%), Google Gemini (2,19%), Deepseek (1,63%), Claude (0,91%) olub. 

Qeyd edək ki, iyulda Azərbaycanda da ən çox istifadə edilən süni intellekt tətbiqi "ChatGPT" (96,1%) olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram