Müəllif: Gülnar Əhmədli, Banco.az
Əməliyyat sistemlərinin noyabr ayında Azərbaycan üzrə bazar payı məlum olub.
Banco.az xəbər verir ki, ölkəmizdə ötən ay ən çox istifadə edilən əməliyyat sistemi “Windows” olub.
Noyabrda bu əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı 38,84%-ə bərabər olub. İkinci ən çox bazar payı olan əməliyyat sistemi “Android” (32,98%), üçüncü sırada isə macOS-dur (11,96%).
Qeyd edək ki, qlobal miqyasda ən çox istifadə edilən əməliyyat sistemi isə “Android” olub (37,87%).
Bizi sosial şəbəkələrdən izləyin!!
