Müəllif: Mehin Qasımova/Banco.az
"Elə bir gün gələcək ki, heç bir işə ehtiyac olmayacaq".
Banco.az xəbər verir ki, bunu Tesla və SpaceX-in baş direktoru İlon Mask texnologiya sammitində süni intellekti haqqıda danışarkən qeyd edib.
Belə ki, Mask İngiltərədə keçirilən Süni İntellekt Təhlükəsizliyi Sammiti çərçivəsində Britaniya milli xəbər agentliyi "PA Media"ya danışıb .
O, süni intellekti tarixin ən dağıdıcı qüvvəsi adlandırıb:
"Elə bir gün gələcək ki, heç bir işə ehtiyac olmayacaq. Süni intellekt ən böyük təhdidlərdən biridir. İlk dəfə ən ağıllı insandan belə daha ağıllı olacaq bir şeylə qarşı-qarşıyayıq".
Mask insanların ən sürətli və ya ən güclü canlılar olmasa da, ən ağıllı canlılar olduğunu bildirib və süni intellektin daha ağıllı olacağını qeyd edib.
Dünyada süni intellekt təhlükəsizliyi sahəsində keçirilən ilk tədbir olan Süni İntellekt Təhlükəsizliyi Sammitindən danışan Mask tədbirin vaxtının çox düzgün seçildiyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!