Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq.
Banco.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, iqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi növbəti ildə 3,5 faiz, 2028-2030-cu illərdə isə ortaillik 3,7 faiz proqnozlaşdırılır.
Gəlirlərin artımına uyğun olaraq əhalinin xərclərinin real artım tempi növbəti ildə 3,6 faiz səviyyəsində, 2028-2030-cu illərdə isə ortaillik 3,7 faiz səviyyəsində proqnozlaşdırılır.
