Əhalinin banklarda əmanətləri artmağa başlayıb | Banco.az

Əhalinin banklarda əmanətləri artmağa başlayıb

2018-ci ilin Sentyabr ayında banklarda fiziki şəxslərin (əsasən əhalinin) əmanətləri 178,3 milyon manat artararq ayın sonunda 8 milyard 199.1 milyon manata yüksəlib.

Əmanətlərin 3 milyard 70.2 milyon manatı və ya 37,4%-i milli valyutada, 5 milyard 128.9 milyon manatı və ya 62,6%-i xarici valyutadadır. 

Sentyabrda milli valyutadakı əmanətlər 103,4 milyon manat, xarici valyutadakı əmanətlər isə 75 milyon manat artıb.

Qeyd edək ki, Avqustda fiziki şəxlərin əmanətləri cüzi azalmışdı.

Marja.az