Əhali bu il banklara 572 mln. manat faiz ödəyib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Əhali bu il banklara 572 mln. manat faiz ödəyib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəliləri ötən ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 7,6% artaraq 31 770,8 mln. manata çatıb.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3 269,1 manat və yaxud ayda 408,6 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (təxminən 572 mln. manatı) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8%-i isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29 046,0 mln. manatlıq vəsait qalıb.

Mənbə: Report.az