Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı (ECB) inflyasiyanın daha da aşağı düşəcəyini proqnozlaşdırır.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard Avrozonada inflyasiyanın hədəfə doğru gerilədiyini, lakin 2 faizlik hədəfə çatmaq üçün daha çox məlumatlara ehtiyac duyduqlarını bəyan edib.
Laqard Brüsseldə keçirilən Avropa Parlamentinin (AP) İqtisadi və Maliyyə Məsələləri Komitəsinin Pul Dialoqu adlı sessiyasında çıxış edib.
Avrozonada iqtisadi fəallığın 2023-cü ildə zəif nəticə göstərdiyini və son rübdə real artımın durğunlaşdığını xatırladan Laqard fəaliyyətdəki zəifliyin tikintidən tutmuş istehsala və xidmətlərə qədər bir çox sektorlara yayıldığını, lakin bəzi perspektiv göstəricilərin bu il bərpa əlamətləri göstərdiyini dilə gətirib.
Yanvarda inflyasiyanın 2,8 faizə düşdüyünü xatırladan Laqard baza inflyasiyanın tədricən azaldığını bildirib. O, həmçinin qeyd edib ki, inflyasiyanın 2024-cü ildə tədricən daha da azalacağını gözləyirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!