Dünyanın ən bahalı şəhərlərinin son reytinqi açıqlanıb | Banco.az

Dünyanın ən bahalı şəhərlərinin son reytinqi açıqlanıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Numbeo” dünyanın ən bahalı şəhərlərinin son reytinqini nəşr edib. 

Banco.az xəbər verir ki, yenilənmiş versiyaya 327 şəhər daxil edilib.

Sıralamada əsas meyar Nyu-Yorkdakı qiymətlərə əsaslanan xüsusi indeksdir ki, bu, 100%-lik başlanğıc nöqtə hesab olunur. Burada yemək, kirayə haqqı, restoranların qiyməti və əhalinin alıcılıq qabiliyyəti nəzərə alınır.

İlk onluqda beş İsveçrə şəhəri (birinci yerdə Sürix, Lozanna - ikinci, Cenevrə - üçüncü, Bazel - beşinci və Bern - altıncı), həmçinin dörd ABŞ şəhəri (dördüncü yerdə Nyu-York, San Fransisko - yeddinci, Honolulu - səkkizinci, Boston - onuncu) və bir İslandiya şəhəri - Reykyavik doqquzuncu yerdə qərarlaşıb.

Bundan əlavə, London 14-cü, Paris 35-ci, Amsterdam 36-cı, Milan 68-ci, Brüssel 69-cu, Roma 144-cü, Praqa 160-cı, Lissabon 161-ci, İstanbul 188-ci, Pekin 209-cu, Antalya 217-ci yeri tutub.
Bakı isə bu siyahıda 252-ci yerdə qərarlaşıb.