Dünya mərkəzi bankları ayda təxminən 80 ton qızıl toplayır | Banco.az

Dünya mərkəzi bankları ayda təxminən 80 ton qızıl toplayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” analitiklərinin hesablamalarına görə, dünya üzrə mərkəzi banklar ayda təxminən 80 ton qızıl toplayır.

Banco.az xəbər verir ki, bu miqdar mövcud qiymətlərlə təxminən 8,5 milyard dollar dəyərindədir. Alışların əksəriyyəti ictimaiyyətə açıq şəkildə baş verməsə də, xarici ticarət məlumatları xüsusilə Çinin şəxsiyyəti məlum olmayan alıcılarla birlikdə İsveçrə vasitəsilə qızıl aldığına işarə edir.

Dünya Qızıl Şurasına görə, mərkəzi bankalar və dövlət sərvət fondları birlikdə ildə min ton qızıl alır və bu rəqəm illik qızıl istehsalının ən azı dörddə birini təşkil edir. HSBC-nin yanvar ayında 72 mərkəzi bank arasında keçirdiyi sorğuda bankların üçdə birindən çoxunun 2025-ci ildə daha çox qızıl almağı planlaşdırdığı və satış niyyətində olmadığı ortaya çıxmışdı.

İlin sonuna qədər bir unsiya üçün 3700 dollarlıq proqnozunu saxlayan "Goldman" bu təxminini “alışların davam edəcəyinə olan inam” ilə əsaslandırır. Aprel ayında 3500 dollarla zirvə nöqtəsinə çatan qızıl bu səhər saatlarında gün ərzində 0,2 faiz artımla 3360 dollarda sabitləşib. Qiymətli metal bu il spot bazarda 25 faizdən çox dəyər qazanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram