Neft qiymətləri əvvəlki iki sessiyada bahalaşdıqdan sonra cümə günü səhər bir qədər ucuzlaşır.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,09 dollar (0,14%) ucuzlaşaraq 63,17 dollar/barelə bərabər olub. Cümə axşamı kontrakt 0,59 dollar (0,94%) artaraq 63,26 dollar/barelə çatıb.
Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı xam neftin yanvar fyuçersləri 0,14 dollar (0,23%) ucuzlaşaraq 59,53 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada bu kontraktlar 0,72 dollar (1,2%) artaraq 59,67 dollar/barel olub.
Neft bazarı da daxil olmaqla qlobal bazarlar Federal Ehtiyatın gələn həftə dekabr iclasında uçot dərəcəsinin endirilməsi ilə bağlı artan gözləntilərlə dəstəklənib. İnvestorlar 25 baza bəndinin azaldılması ehtimalını təxminən 90% qiymətləndirirlər.
