Dünya bazarında neft yenidən ucuzlaşıb | Banco.az

Dünya bazarında neft yenidən ucuzlaşıb

Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin kotirovkaları  0,17 dollar (0,3%) ucuzlaşaraq bir barel üçün 64,5 dollar təşkil edib. Əvvəlki hərracların nəticələrindən sonra onlar 0,21 dollar (0,3%) ucuzlaşaraq 64,67 dollar/barelə düşüb.

Banco.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin may fyuçerslərinin qiyməti səhər saatlarında 0,19 dollar (0,3%) ucuzlaşaraq 61,14 dollar/barelə bərabər olub. Bir gün əvvəl bu müqavilələrin dəyəri 0,2 dollar (0,3%) azalaraq 61,33 dollar/barel təşkil edib.