Neftin qiymətləri əvvəlki iki sessiyada kifayət qədər aktiv artımdan sonra çərşənbə günü səhər mülayim şəkildə enir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 0,25 dollar (0,38%) azalaraq bir barel üçün 65,38 dollar olub. Çərşənbə axşamı bu kontraktlar 1 dollar (1,5%) artaraq 65,63 dollar/barel olub.
Nyu-York əmtəə birjasında (NYMEX) iyul ayı üçün WTI neftinin fyuçersləri bu vaxta qədər 0,27 dollar (0,43%) ucuzlaşaraq bir barelə görə 63,14 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,89 dollar (1,4%) artaraq 63,41 dollar/barel təşkil edib.
Həftənin əvvəlində kotirovkaların artmasına əvvəllər neft hasilatını sutkada 2,2 milyon barel məhdudlaşdıran səkkiz OPEC+ ölkəsinin (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) əvvəlki iki ayda olduğu kimi, iyulda da neft hasilatını gündəlik 411 min barel arırmaq qərarı səbəb olub. Bu qərar istehsalın daha da artacağından ehtiyat edən bir çox bazar iştirakçıları tərəfindən müsbət qarşılandı.
Bu arada, Amerika Neft İnstitutu (API) ötən həftə ABŞ neft ehtiyatlarının 3,28 milyon barrel azaldığını bildirib. Əvvəlki həftə bu rəqəm 4,24 milyon barel azalıb.