Dünya bazarında neft bahalaşır | Banco.az

Dünya bazarında neft bahalaşır

Neft qiymətləri əvvəlki gün güclü bahalaşdıqdan sonra çərşənbə axşamı bir qədər yüksəldi.

Banco.az xəbər verir ki,  Londonun ICE Futures birjasında Brent markalı fevral fyuçersləri 0,06 dollar (0,09%) bahalaşaraq 63,23 dollar/barelə çatıb.

Bazar ertəsi Brent markalı neft 0,79 dollar (1,27%) bahalaşaraq 63,17 dollar/barelə çatıb.

Nyu-York əmtəə birjasında (NYMEX) bu vaxta qədər WTI markalı neftin yanvar fyuçersləri 0,10 dollar (0,17%) bahalaşaraq bir barelə görə 59,42 dollar olub.

Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,77 dollar (1,32%) artaraq 59,32 dollar olub.