Abşeron rayonu ərazisində yeri yarımstansiya tikiləcək.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə start verib.
Belə ki, görləcək işlər çərçivəsində Novxanı qəsəbəsi ərazisində yerləşən mövcud 6/0,4 kV-luq 919 saylı Paylayıcı Qurğunun(PQ) əvəzinə 35/6 kV-luq yeni yarımstansiyanın tikintisi nəzərdə tutulur.
“Azərişıq” ASC hazırda sözügedən işlərin icrasını həyata keçirəcək şirkəti müəyyənləşdirməkdədir.
Məlumata əsasən, yeni yarımstansiyanın tikintisinin 4,1 milyon manata başa gələcəyi proqnozlaşdırılır. (Trend)
