Dünya Bankı İstanbula 554,4 milyon avro maliyyə vəsaiti ayırıb | Banco.az

Dünya Bankı İstanbula 554,4 milyon avro maliyyə vəsaiti ayırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı İstanbula 554,4 milyon avro maliyyə vəsaiti ayırıb.

Banco.az xəbər verir ki, Dünya Bankından İstanbul üzrə fövqəladə hallar hazırlığı və müdaxilə potensialının gücləndirilməsi, fəlakətlərə davamlı və enerji baxımından səmərəli ictimai binaların inşa edilməsi məqsədilə 554,4 milyon avroluq maliyyə vəsaiti təmin edilib.

Türkiyənin əlverişli şərtlərlə xarici maliyyələşdirmə əldə etmək istiqamətində apardığı işlər davam edir.

İstanbulun fəlakət və iqlim davamlılığının artırılmasına yönəlmiş İstanbul Şəhər Davamlılığı Layihəsi 8 avqust tarixində Dünya Bankının İcraçı Direktorlar Şurası tərəfindən təsdiqlənmişdi.

Layihə çərçivəsində 554,4 milyon avro məbləğində maliyyələşdirmə təmin edilməsinə dair müqavilə bu gün imzalanıb.

Sözügedən layihə İstanbul Valiliyinin İstanbul Layihə Koordinasiya Bölməsi tərəfindən həyata keçiriləcək. Layihə ilə İstanbul üzrə fövqəladə hallar hazırlığı və müdaxilə imkanlarının gücləndirilməsi, fəlakətlərə davamlı və enerji baxımından səmərəli ictimai binaların inşa edilməsi nəzərdə tutulur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram