Dövlət xətti ilə verilən ipoteka kreditlərinin məbləği açıqlanıb | Banco.az

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin məbləği açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayları ərzində 232.9 milyon manat kredit verilib.

Bu, ötən ilin eyni dövrü ilə (230.3 milyon manat) müqayisədə 2.6 milyon manat və ya 1,1% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 218.3 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram