Müəllif: Tamara Mustafayeva, Banco.az
“HSBC” Dollar/TL proqnozunu yuxarı çəkib.
Banco.az xəbər verir ki, xarici bankların seçkidən sonrakı təhlillərinə yeni USD/TL analizi əlavə edilib.
ABŞ-ın bankçılıq nəhəngi “Morgan Stanley” kimi İngiltərəli “HSBC” də seçkinin nəticələrindən asılı olmayaraq türk lirəsinin zəifləməsinin mümkün olduğuna diqqət çəkib.
Bu qiymətləndirmədən sonra bank il sonu üçün Dollar/TL proqnozunu 21-dən 24-ə yüksəldib.
Xatırladaq ki, hazırda Dollar/TL məzənnəsi 19,26 səviyyəsində ticarət olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!
