"Citigroup" 80 milyard dollarlıq aktivləri "BlackRock"a köçürür | Banco.az

"Citigroup" 80 milyard dollarlıq aktivləri "BlackRock"a köçürür

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Citigroup" 80 milyard dollarlıq aktivləri "BlackRock"a köçürür.

Banco.az xəbər verir ki, "Citigroup" müştərilərinin on milyardlarla dollarlıq sərmayəsini ABŞ mərkəzli "BlackRock Inc."ə ötürərək bankın əlində qalan son yeganə aktiv idarəetmə bölməsini bağlayacaq və sərvət idarəetmə bölməsinin daha böyük bir hissəsini kənara ötürəcək.

Yeni tərəfdaşlıq çərçivəsində "BlackRock" "Citi Investment Management"də hesabı olan minlərlə müştərinin aktivlərini idarə edəcək. "BlackRock" artıq "Citigroup"un 635 milyard dollarlıq müştəri aktivlərinin bir hissəsini idarə edirdi. Bu razılaşma ilə bankın öz daxilində idarə etdiyi son 80 milyard dollar da "BlackRock"a ötürüləcək.

"Citigroup"un Sərvət İdarəetmə Bölməsi rəhbəri Endi Sieq "Bloomberg"in Nyu-York ofisinə verdiyi müsahibədə platformanı təkbaşına ikiqat artırmaq imkanlarının olmadığını, "BlackRock" ilə əməkdaşlıq edərək daha güclü mövqedə olacaqlarını bildirib.

"Citigroup"un sərvət idarəetmə bölməsinin bir hissəsi olan "Citi Investment Management" fəaliyyətini davam etdirəcək. Lakin şirkətin son xüsusi aktiv idarəetmə əməliyyatı və Robert Casminskinin rəhbərliyindəki bəzi portfel menecerləri "BlackRock"a keçəcək. Bankın sözçüsü Mark Costiqlioya görə, bu keçidə 100-dən az "Citigroup" əməkdaşı daxil olacaq.

Razılaşma çərçivəsində "BlackRock" idarəetmə haqqı alacaq, "Citigroup" isə müştəri məsləhətçiliyi üçün ödəniş almağa davam edəcək. Müştərilərə qarşıdakı aylarda dəyişikliklərlə bağlı məlumat veriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram