Çinin Orta Asiya ölkələri ilə ticarət həcmi 100 milyard dolları keçib | Banco.az

Çinin Orta Asiya ölkələri ilə ticarət həcmi 100 milyard dolları keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin Orta Asiya ölkələri ilə ticarət həcmi 100 milyard dolları keçib.

Banco.az xəbər verir ki, Çinin beş Orta Asiya ölkəsi ilə ticarət dövriyyəsinin 2025-ci ildə ilk dəfə 100 milyard ABŞ dollarına çatdığı bildirilib.

Çin Gömrük Baş İdarəsi tərəfindən yayımlanan məlumatlara əsasən, Çin ilə Orta Asiya ölkələri olan Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan arasında ümumi ticarət həcmi 2025-ci ildə 106,3 milyard ABŞ dolları təşkil edib.

Çin ilə Orta Asiya arasındakı ticarət həcmi ilk dəfə 100 milyard ABŞ dolları həddini aşarkən, Pekin rəhbərliyi region ölkələrinin ən böyük ticarət tərəfdaşı mövqeyinə yüksəlib.

Bu dövrdə Çindən Orta Asiya ölkələrinə əsasən maşınqayırma və yüksək texnologiyalı məhsullardan ibarət 71,2 milyard ABŞ dolları dəyərində ixrac həyata keçirilib. Çin isə Orta Asiya ölkələrindən yeraltı sərvətlərlə yanaşı, kimyəvi maddələr, polad və kənd təsərrüfatı məhsullarını əhatə edən 35,1 milyard ABŞ dolları dəyərində idxal edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram