Çinin elektrik avtomobil istehsalı və satışı ötən ay artıb | Banco.az

Çinin elektrik avtomobil istehsalı və satışı ötən ay artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində elektrik avtomobil istehsalı və satışının fevral ayında ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artdığı bildirilib.

Banco.az xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) məlumatına görə, fevral ayında "Yeni Enerji Nəqliyyat Vasitələri (NEV)" adlandırılan, yəni şarj edilə bilən, batareyalı, hibrid və yanacaq hüceyrəli elektrikli avtomobillərin istehsalı 888 minə, satışı isə 892 minə çatıb.

Elektrikli avtomobil istehsalı illik əsasda 91,5%, satışı isə 87,1% artıb, elektrikli avtomobillərin ümumi satışlardakı payı isə 41,9%-ə yüksəlib.

Ötən ilin fevral ayında NEV istehsalı illik müqayisədə 16% azalaraq 464 minə, satışı isə 9,2% azalaraq 477 minə düşmüşdü.

CAAM-ın baş katibinin müavini Çın Şıhua bildirib ki, hökumətin istehlakı stimullaşdırmağa yönəlmiş siyasətləri və istehlak mallarının mübadilə proqramlarının həyata keçirilməsi ilə Çin avtomobil sənayesinin sabit inkişafını davam etdirəcəyinə inanırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram