Müəllif: Tamara Mustafayeva, Banco.az
“Goldman Sachs” və “Morgan Stanley” də daxil olmaqla 10 maliyyə qurumunun fikrincə, Çində mənzil sektoru daralmağa davam edəcək.
Banco.az xəbər verir ki, “Goldman Sachs Group Inc.”, “Morgan Stanley” və “UBS Group AG” kimi 10 investisiya bankı və broker firmasının fikrincə, Çinin daşınmaz əmlak sektorunda daralma 2024-cü ildə də davam edəcək və ölkədə iqtisadi artımı azaldacaq.
Bu gözləntilər reallaşarsa, Çinin daşınmaz əmlak sektoru üç il ardıcıl olaraq tarixin ən uzun daralma seriyasına şahid olacaq.
Çində daşınmaz əmlak investisiyaları üçün ən mühüm göstərici olan daşınmaz əmlaka əsas kapital investisiyaları 2023-cü ilin ilk 11 ayında illik 8 faiz azalıb. Ötən il bu göstərici ümumilikdə 8,4 faiz idi.
Qeyd edək ki, “Goldman” iqtisadçıları gələn il daşınmaz əmlaka əsas kapitala investisiya qoyuluşunda “iki rəqəmli” azalma gözləyirlər. İqtisadçıların fikrincə, daşınmaz əmlakın davam edən çöküşü real ÜDM artımına 1 faiz bəndi azalma ilə təsir göstərəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!