Çində sənaye şirkətlərinin mənfəəti 2025-ci ildə 0,6% artıb | Banco.az

Çində sənaye şirkətlərinin mənfəəti 2025-ci ildə 0,6% artıb

Müəllif:Mehin Qasımova,Banco.az

Çində sənaye şirkətlərinin ümumi mənfəəti 2025-ci ildə əvvəlki illə müqayisədə 0,6% artaraq 7,39 trilyon yuana (təxminən 1,06 trilyon dollar) çatıb. 

Banco.az xəbər verir ki, bu barədə Milli Statistika Bürosu (NBS) məlumat yayıb.

Məlumata görə, dövlət şirkətlərində mənfəət 3,9% azalıb, özəl sektorda isə göstərici sabit qalıb. Xarici şirkətlərin mənfəəti isə 4,2% artıb.

İl ərzində ABŞ–Çin ticarət gərginliyi gəlirliliyə mənfi təsir göstərsə də, tarif danışıqlarında irəliləyiş fonunda ilin ikinci yarısında bərpa qeydə alınıb və sənaye sektoru ili dekabrda 5,3% artımla başa vurub.