Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2026-cı ilin yanvar-iyul aylarında müştərilərə verilmiş kreditlərdən 2 milyard 538 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 370.3 milyon manat və ya 16.7% çoxdur.
Banklar 2025-ci ilin ilk 7 ayında 2 milyard 213 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.
İlk 7 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 391.6 milyon manat (13.9%) artaraq 3 milyard 206 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
