Çində elektrik avtomobillərinin satışı rekord həddə çatıb | Banco.az

Çində elektrik avtomobillərinin satışı rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal miqyasda elektrik avtomobillərinin satışı öz gücünü saxlayır.

Banco.az xəbər verir ki, elektromobillər üzrə lider ölkə olmağa çalışan Çində satışlar qlobal bazarda hökmranlıq etməkdə davam edir.

“Rho Motion” bazar araşdırması firmasına görə, elektromobil satışları qlobal miqyasda güclənməyə davam edir, Çin subsidiyaların sona çatmasına baxmayaraq, oktyabr ayında rekord aylıq satış həcminə çatıb.

Dünyanın ən böyük avtomobil bazarı olan Çində 2023-cü ilin ilk 9 ayı ərzində elektromobillərin satışı illik 29 faiz artıb. Qlobal elektromobil bazarı isə eyni dövrdə 34 faiz böyüyüb.

Xatırladaq ki, Çin 2022-ci ildə elektrik avtomobillərinin alışı üçün 11 illik subsidiya proqramını dayandırıb. Lakin bəzi yerli hakimiyyət orqanları investisiya cəlb etmək üçün yardım və ya vergi güzəştləri, həmçinin istehlakçılar üçün subsidiyalar təklif etməyə davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram