Çin və Aİ elektromobillər üçün razılaşmaya yaxındır | Banco.az

Çin və Aİ elektromobillər üçün razılaşmaya yaxındır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Yuyuan Tantian” bildirib ki, Çin və Aİ arasında Çin istehsalı olan elektrik avtomobilləri ilə bağlı ticarət danışıqları yekunlaşmaq üzrədir.

Banco.az xəbər verir ki, Çinin dövlət televiziyası CCTV-yə bağlı olan sosial media hesabı “Yuyuan Tantian” Çin ilə Avropa İttifaqı (Aİ) arasında Çin istehsalı elektrikli avtomobillərlə bağlı ticarət danışıqlarının tamamlanmaq üzrə olduğunu bildirib.

Sosial mediada yayımlanan bir paylaşımda qeyd olunub ki, danışıqların texniki tərəfləri artıq böyük ölçüdə yekunlaşıb. Əsas məsələnin isə Aİ-nin bu problemin həlli istiqamətində irəliləmək üçün siyasi iradə göstərib-göstərməyəcəyi olduğu vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram