Çin dövlət bankları rus müştərilərinin əməliyyatlarını məhdudlaşdıracaq | Banco.az

Çin dövlət bankları rus müştərilərinin əməliyyatlarını məhdudlaşdıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın sanksiya qərarı Çini hərəkətə keçməyə sövq edib.

Banco.az xəbər verir ki, Çində dövlət bankları rus müştərilərinə maliyyələşdirmənin təmin edilməsinə məhdudiyyətləri sərtləşdirib.

Bu qərar ABŞ-ın Ukraynadakı müharibə səylərinə kömək edən ofşor maliyyə şirkətlərinə ikinci dərəcəli sanksiyaların tətbiqinə icazə verməsindən sonra qəbul edilib.

Belə ki, ölkədə fəaliyyət göstərən ən azı iki bank transsərhəd sazişlərə diqqət yetirərək Rusiyadakı əməliyyata yenidən baxmağa dair göstəriş verib. İki mənbəyə əsaslanan xəbərə görə, banklar sanksiyalar siyahısında olan müştəriləri ilə əlaqələrini kəsəcək.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi ötən ay Rusiyanın hərbi təchizatında vasitəçilik edən banklara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Çin dövlət banklarının isə rus müştərilərinə tətbiq etdiyi məhdudiyyətlər 2022-ci ildən bəri davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram