Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin mart ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 235 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin martın 1-i ilə müqayisədə 37.4 milyon manat (18.9%) çoxdur.
Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında banklar 197.6 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 327.9 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
