Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın İrandakı əməliyyatı milyardlara başa gəlib.
Banco.az xəbər verir ki,bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.
ABŞ-ın İranda həyata keçirdiyi hərbi əməliyyatların dəyəri 37 gün ərzində 42,1 milyard dolları ötüb.
Məlumata görə, əməliyyatın ilk altı günündə Vaşinqton artıq 11,3 milyard dollar xərcləyib.
Ekspertlər xəbərdarlıq edir ki, Yaxın Şərqdə artan gərginlik qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər. Maykl Hadson hesab edir ki, bu münaqişə dünya iqtisadiyyatını Böyük Depressiya dövründən bəri ən böyük böhranlardan biri ilə üz-üzə qoya bilər.
Digər tərəfdən, Aleksey Puşkov ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının Vaşinqtonun beynəlxalq nüfuzuna ciddi zərbə vurduğunu bildirib. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı və ÜDM-i xeyli kiçik olan İran ilə uzun müddətdir istədiyi nəticəni əldə edə bilmir.
