Müəllif - Fərid İslamov - Banco.az
Çinin avqust ayındakı orta günlük neft idxalı 11,65 mln barel təşkil edib, bu göstərici Çin Baş Gömrük İdarəsinin məlumatları əsasında "İnterfaks"ın hesablamalarına əsaslanır.
Bu, iyul ayına nisbətən 4,8%, ötən ilin avqust ayına nisbətən isə 0,8% çoxdur.
Absolyut ifadədə Çin avqustda 49,492 mln ton neft idxal edib (təxminən 24,93 milyard ABŞ dolları dəyərində) – iyula görə (47,204 mln ton) və 2024-cü ilin avqust ayına görə (49,103 mln ton) artım müşahidə olunur.
2025-ci ilin ilk səkkiz ayında Çin 376,05 mln ton neft idxal edib (orta hesabla 11,3 mln barel/gün), bu isə 2024-cü ilin eyni dövrünə nisbətən 2,5% çoxdur. Xərclər isə 11,7% azalıb: 193,61 milyard dollar səviyyəsindən 196,98 milyard dollaradək.
Avqust ayında Çinə idxal olunan neft məhsulları 3,34 mln ton təşkil edib, dəyəri isə 1,95 milyard dollar olub. Bu göstərici iyula nisbətən 17,1%, ötən ilin avqust ayına nisbətən isə 25,2% azdır.
Səkkiz ayın yekununa görə Pekin təxminən 26,73 mln ton neft məhsulu alıb, bu da ötən ilin eyni dövrünə nisbətən 17,8% azdır. Xərclər isə 21,7% azalıb: 20,14 milyard dollardan 15,77 milyard dollara düşüb.
