Canet Yellenin çıxışından öncə dollar bahalaşır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Canet Yellenin çıxışından öncə dollar bahalaşır

ABŞ dollarının avroya qarşı məzənnəsi bir qədər möhkəmlənib.  

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, dolların məzənnəsinin möhkəmlənməsinə bazar iştirakçılarının Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin yumşaq pul-kredit siyasətini saxlayacağı ilə bağlı gözləntiləri səbəb olub.
 
C. Yellen bu gün Nyu-York İqtisadi Klubunda çıxış edəcək.
 
Nyu-York birjasında ötən gün 1 avro 1,1196 dollara dəyişdirilirdisə, hazırda Avrozonanın vahid valyutası 1,1185 dollara qədər ucuzlaşıb.
 
Ticarət əməliyyatları zamanı dollar Yaponiyanın milli valyutasına nəzərən əhəmiyyətli dərəcədə bahalaşıb. Belə ki, ötən gün 1 ABŞ dolları 113,45 ieninə dəyişdirilirdisə, indi bu göstərici 113,61-ə yüksəlib.  Bu dövrdə avro 127,02 iendən 127,05 ienədək bahalaşıb.