"BYD"nin Avropadakı mövqeyi daha da güclənir | Banco.az

"BYD"nin Avropadakı mövqeyi daha da güclənir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“BYD” iyun ayında 377 638 elektrik avtomobili sataraq ən yaxşı aylıq performansını nümayiş etdirib.

Banco.az xəbər verir ki, “BYD” iyun ayında 206 min 884-ü tamamilə elektrikli olmaqla ümumilikdə 377 min 628 avtomobil sataraq illik əsasda 10 faizlik artım nümayiş etdirdi.

Rəqibi “Geely Automobile Holdings Ltd.” isə iyun ayında 193 mindən çox avtomobil sataraq ötən ilə nisbətən 59 faizlik artım əldə etdi. Bundan əlavə, “Geely” 2025-ci il üçün çatdırılma hədəfini 11 faiz artıraraq 3 milyona yüksəltdi.

“BYD”nin qiymət endirimi addımı investorlar arasında mənfəət marjlarının və şirkətin bazar dəyərinin 20 milyard dollar azalması ilə bağlı narahatlıqlara səbəb olsa da, şirkət daxili bazarda artım tempinin zəifləməsinə baxmayaraq Avropada güclü böyüməsini davam etdirir.

Tədqiqat şirkəti “Dataforce”un məlumatlarına görə, “BYD” bu ilin birinci rübündə Avropadakı satışlarını demək olar ki, 4 dəfə artırıb. “Jato Dynamics”in rəqəmlərinə əsasən, “BYD” aprel ayında Teslanı geridə qoyub, may ayında isə “Tesla” ilə demək olar ki, eyni nəticə göstərib.

Artan təzyiqlərin nəticəsində “BYD” Çində bəzi qiymət endirimlərinə son qoyub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram