Müəllif - Fərid İslamov - Banco.az
Çinin BYD Co. şirkəti, Avropada üçüncü zavodun tikintisi üçün ölkə seçimini yeddi-səkkiz ay ərzində yekunlaşdırmağı planlaşdırır. Bu barədə şirkətin Avropa üzrə xüsusi məsləhətçisi Alfredo Altavilla Milanda keçirilən avtosərgidə bildirib.
“Heç bir variantı istisna etmirik və hazırda hər bir ölkəni nəzərdən keçiririk,” – deyə Alfredo Altavilla Milanda avtomobil sərgisində çıxış edərkən qeyd edib. – “Üçüncü zavod üçün yer seçimi prosesi artıq başlayıb və biz bu prosesi yeddi-səkkiz ay ərzində tamamlayacağımıza ümid edirik.”
BYD, oktyabr ayında Macarıstandakı yığım zavodunda istehsal prosesinə başlamağı planlaşdırır. Şirkətin Türkiyədəki zavodu isə 2026-cı ilin mart ayında fəaliyyətə başlayacaq. Hər iki zavodun birgə istehsal gücü ildə 500 min avtomobilə qədər olacaq.
Əvvəllər KİV-lərdə BYD-nin yeni yığım müəssisəsinin tikintisi üçün Almaniyanı nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı. Bu qərarın əsas səbəblərindən biri, Almaniyanın ötən il Çin avtomobillərinin idxalına rüsumlar tətbiq etməyə qarşı çıxmasıdır.
Lakin Altavilla bu fərziyyələri təkzib edərək onların məntiqsiz olduğunu bildirib. O, hələlik qərarın qəbul edilmədiyini vurğulayıb.